BURADA REKLAMINIZ OLA
BİLƏR

Fikrət Sadıxov: “Cavanlar elə bilirlər ki, diplomatiya ancaq səfərlər, ziyafətlərdir”

“Bir çox cavanların diplomat olmaq istəyi romantika ilə bağlıdır. Hesab edirlər ki, diplomatiya səfərlər, ziyafətlər, qarşılamadır... Təbii ki, bu da  var, amma mürəkkəb sahədir. Çünki həmişə siyasi hazırlıq yüksək səviyyədə olmalıdır. Xaricdə olarkən ölkə yüksək səviyyədə təmsil olunmalıdır. Orada baş verən proseslər öyrənilməli, eyni zamanda öz ölkənin mövqeyini müxtəlif yollarla orada bildirməlisən”.

 

Pravda.az xəbər verir ki, bu sözləri politoloq Fikrət Sadıxov  RTV-də yayımlanan “Qaranlıqda həqiqət” verilişində deyib.

 

O bildirib ki, gənc mövcud reallıqları dərk etməzsə, diplomat ola bilməz: “Bu, birmənalı şəkildə mənim mövqeyimdir. Diplomatın bir cəhəti də ondan ibarətdir ki, səni harasa göndərirlərsə, gərək orada xidmət edəsən. Uğurlu diplomat olmaq üçün ölkənin maraqlarını müdafiə edib, layiqincə təmsil etməlisən. Bu, əsas funksiyadır. Diplomat gərək ölkədə baş verənləri öyrənməyə və təhlil etməyə çalışsın. Çünki proseslər agentliklər vasitəsilə dünyaya çatdırılır. Diplomat, sadəcə, o informasiyanı ötürməklə məşğul olmamalıdır. Təhlil edib proqnoz verə bilməlidir. “Sonra nə baş verə bilər?” sualına cavab tapsın. Xarici dili bilməlidir. Burada çevikliyi də nümayiş etdirilməlidir. İnsanlarla münasibəti iki istiqamətdə ola bilər. Xidməti sahədə hansısa vəzifəni yerinə yetirmək və dostluq münasibəti... Amma xarici vətəndaşla dostluq edəndə unudulmamalıdır ki, ölkənin nümayəndəsisən. Ölkənin maraqları sənin üçün üstün olmalıdır”.

 

Şəhanə Quliyeva

Tarix: 4 İyun 2026, 11:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin