BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda bank səhvən vətəndaşın hesabına 9750 dollar köçürtdü

Azərbaycan Beynəlxalq Bankı vətəndaşın hesabına səhvən xeyli miqdarda vəsait köçürtdü.

 

Pravda.az-ın xəbərinə görə, bu hadisə Ruslan Tağıyev adlı vətəndaşın başına gəlib.

 

R. Tağıyev bildirib ki, dekabrın 12-də onun Azərbaycan Beynəlxalq Bankında olan cari hesabına 9750 dollar pul mədaxili edən zaman köçürmə yanlışlıqla iki dəfə aparılıb: “Köçürmə olandan 15-20 dəqiqə sonra mən mobil proqram vasitəsilə hesabımda olan pulu bir hesabdan başqa bir hesaba köçürdüm və Binəqədi filialında məxaric etdim. Üstündən 20-30 dəqiqə keçmişdi ki, mənim mobil nömrəmə 2XX-XX-XX nömrələrindən dayanmadan zənglər gəlməyə başladı. Qaldım şeytanlarla mələklərin arasında. Vicdanım yol vermədi. Aparım əlimlə 16.404 AZN kassaya qaytardım ki, kassa bağlana bilsin. Amma nə çox sağ ol deyən oldu, nə də pul mükafatı verən. Ordan ayrılandan sonra xahiş etdim ki, heç olmasa 12 AZN öz cibimdən xərclədiyim taksi pulunu versinlər". 

Tarix: 16 Dekabr 2019, 11:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin