BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi yenidən şikayətini geri götürdü

Ali Məhkəmədə paytaxtın Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru Elmar Qasımovun barəsindəki qərardan yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, kassasiya şikayəti geri götürülüb.

 

Məhkəmə kassasiya şikayətinin geri qaytarılması barədə qərar qəbul edib.

 

İttihama görə, Elmar Qasımov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Dövlət Siğorta Agentliyinə 200 min manatdan çox maddi ziyan vurub.

 

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunub.

 

İş üzrə Dövlət Siğorta Kommersiya Şirkəti zərərçəkən kimi tanınıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmar Qasımov 7 il müddətə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib. Ali Məhkəmədə keçirilən prosesdə elan olunub ki, kassasiya şikayəti geri götürülüb.

 

Kamal Məmmədov

Tarix: 5 İyun 2026, 08:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin