BURADA REKLAMINIZ OLA
BİLƏR

Küveyt Əmiri Prezident İlham Əliyevi təbrik edib

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

 

Təbrikdə deyilir:

 

“Zati-aliləri.

 

Dost ölkənizin Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında mövcud olan möhkəm əlaqələrin davamlı şəkildə inkişaf etməsini arzulayıram.

 

Zati-aliləri, Sizə uzun ömür, cansağlığı, Azərbaycan Respublikasına və onun dost xalqına davamlı tərəqqi və rifah arzularımı bildirirəm”.

Tarix: 5 İyun 2026, 17:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin