BURADA REKLAMINIZ OLA
BİLƏR

Asfaltın ortasından çıxan dəmirlər avtomilə ziyan vurub - VİDEO

Bakıda asfaltın ortasından çıxan dəmirlər avtomilə xeyli ziyan vurub. Maşının təkərləri zədələnib.

 

Hadisə Bakı dairəvi yolunda baş verib. Sürücü Əmrah Mirzəyev iddia edir ki,  hərəkətin intensiv olduğu bu yolda təhlükəli vəziyyət yaranıb.

 

Zərərçəkənin sözlərinə görə, həmin yolda artıq ikinci dəfədir ki, başına belə hadisə gəlir. Gündəlik gəliri avtomobildən çıxdığı üçün bu hadisə ona xeyli maddi ziyan vurub.

 

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanlasaq da, cavabsız qaldı.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Tarix: 5 İyun 2026, 21:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin