BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda şok kadrlar: Maşınlar binanın üstündə drift etdi - VİDEO

Sosial şəbəkələrdə Bakıda avtomobillərin binanın üstündə drift etməsinin görüntüləri yayılıb.

 

Məlumata görə, maşınlar mərkəzdə yerləşdiyi bildirilən binanın üstündə şou göstəriblər.

 

Bakı şəhər DYPİ-nin ictimaiyyətlə əlaqələr bölməsindən Oxu.Az-a bildirilib ki, yayımlanan görüntülərdə əks olunan hadisə iyunun 5-də Nəsimi rayonu ərazisində yerləşən parkinq təyinatlı obyektin sonuncu mərtəbəsində rəsmi icazə olmadan avtomobillərlə test yürüşlərinin təşkili ilə bağlı olub.

 

Keçirilən tədbirlərlə yürüşdə iştirak edən 3 nəfər polis şöbəsinə gətirilib, onların idarə etdikləri avtomobillər isə duracağa yerləşdirilib.

 

Tarix: 6 İyun 2026, 21:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin