BURADA REKLAMINIZ OLA
BİLƏR

Seyfəddin Əsəd: “Havalar isinir, mütləq boynu-başı açıq gəzin...”

“Artıq havalar isinməyə başlayır. Vitamin “D” azlığından əziyyət çəkən insanlar hər gün mütləq qolu, imkan daxilində ayaqları, boynu-başı açıq günəş vannası qəbul etməli, günəşin altında gəzməlidirlər ki, günəş şüaları onlarda vitamin “D”nin miqdarını artırsın”.

 

Pravda.az xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib.

 

Həkim bildirib ki, vitamin “D” bu gün insanların böyük hissəsinin problemidir: “Vitamin “D” çatmayanda güclü tərləyirlər və orqanizmin maddələr mübadiləsi pozulur. İnsan üçün  vitamin “D” və “C” ən vacib vitaminlərdir.  Vitamin “C”ni qəbul etmək üçün isə bol miqdarda göyərti, tərəvəz, meyvə istehlak etməliyik”.

 

Aytəkin Qardaşova

Tarix: 8 İyun 2026, 11:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin