BURADA REKLAMINIZ OLA
BİLƏR

Beyləqan İcradan Lələtəpəyə bayraq sancan polkovnik haqda: “O adda adamı tanımırıq”

“Aprel döyüşləri”nin iştirakçısı, polkovnik Qadir Vəlişov Beyləqan rayonunda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə Cinayət Məcəlləsinin xuliqanlıq (221.3) maddəsi ilə həbs edilib. Ailə üzvlərinin bildirdiyinə görə, Q.Vəlişov uzun illərdir ki, Beyləqan rayon İcra Hakimiyyətilə mübahisəlidir, bu səbəbdən də onu şərləyərək, həbs ediblər.

 

Pravda.az xəbər verir ki, məsələ ilə bağlı Beyləqan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov ümumiyyətlə, məsələdən xəbəriz olduğunu bildirib.

 

Rayonun  Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlqar Quliyev isə məsələnin İcra Hakimiyyətilə hər hansı bağlılığı olmadığını deyib: “Bu məlumatlar həqiqəti əks etdirmir. Yaxınları, ailəsi nə isə deyə bilər. Amma İcra Hakimiyyəti o adda adamı tanımır. Hərbiçinin bizimlə nə əlaqəsi ola bilər?!”

 

İcra Hakimiyyəti rəsmisinə Qadir Vəlişovun “Aprel döyüşləri”nin iştirakçısı olduğunu, Lələtəpəyə bayraq sancan döyüşçü kimi tanındığını, ölkə başçısının onunla görüşdüyünü xatırlatdıqda, “Bizim onunla heç bir ədavətimiz yoxdur. Lələtəpəyə bayraq sancanın o adam olduğunu da bilmirik”, - deyə bildirib.Modern.az

Tarix: 16 Dekabr 2019, 12:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin