BURADA REKLAMINIZ OLA
BİLƏR

Fərid Bağırova yüksək vəzifə verildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis müavini Fərid Bağırov təyin edilib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Xidmətdən bildirilib.

 

F. Bağırov 1979-cu ildə anadan olub. Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsini bitirib. 2000-ci ildən Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Dövlət Dəniz Administrasiyası, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, “Azərbaycan Hava yolları” QSC, Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində müxtəlif vəzifələrdə çalışıb.

 

Ailəlidir, 3 övladı var.

Tarix: 10 Avqust 2020, 15:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin