BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda yaxın günlərdə zəlzələ gözlənilir? - AÇIQLAMA

Dünən yerli vaxtla saat 16:45-də Qobustan stansiyasından 22 km cənub-qərbdə, Şamaxı rayonunda 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.

 

Bəs hazırda ölkədə seysmoloji vəziyyət necədir?

 

Mövzu ilə bağlı Milli.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Vüsalə Rafiqqızı bildirib ki, hazırkı saata qədər vəziyyət fon səviyyəsindədir.

 

"Zəlzələnin dəqiq proqnozu olmadığına və ərazimizin aktiv regionda olmasını nəzərə alınaraq, birmənalı şəkildə “zəlzələ olacaq yoxsa olmayacaq”- kimi fikir söyləmək çətindir. Xırda təkanlar həmişə olur. Maqnitudası 3 və 3 dən böyük olan zəif zəlzələlərin vaxtaşırı qeydə alınması isə ərazinin seysmikliyi ilə bağlıdır. Yəni zəif zəlzələlərin narahatlıq yardacaq bir tərəfi yoxdur", - deyə o qeyd edib.

Tarix: 8 İyun 2026, 14:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin