BURADA REKLAMINIZ OLA
BİLƏR

Eldar Əzizovun oğluna yüksək vəzifə verildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifə verilən Şamil Əzizov vəzifəli şəxsin övladı imiş.

 

Pravda.az "Bakıvaxtı"na istinadən xəbər verir ki, Şamil Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun oğludur.

 

Şamil Əzizov bundan əvvəl Heydər Əliyev Mərkəzində direktorun köməkçisi, həmçinin Heydər Əliyev Fondunun icraçı direktorunun köməkçisi vəzifələrində çalışıb. Bundan sonra o, Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazirin müşaviri kimi fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, bu gün açıqlanan məlumata görə, Şamil Əzizov ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib.

Tarix: 8 İyun 2026, 15:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin