BURADA REKLAMINIZ OLA
BİLƏR

Şirvanda hündürlükdən yıxılan usta öldü

Şirvanda usta hündürlükdən yıxılaraq ölüb.

 

Hadisə Şirvan şəhərində fərdi yaşayış evlərindən birində dam örtüyünü təmir edən zaman baş verib. Həmin evdə usta kimi çalışan Şirvan sakini, 1998-ci il təvəllüdlü Rəvan Rəsulov damdan yıxılaraq ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılarkən yolda həyatını itirib.

 

Faktla bağlı araşdırma aparılır.

 

APA

Tarix: 8 İyun 2026, 16:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin