BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssisi ilə müqaviləni yenilədi

“Qarabağ” klubu akademiyanın baş koordinatoru Aftandil Hacıyev, baş məşqçilər - Maksim Medvedev və Rəşad Sadiqovla müqavilənin müddətini uzadıb.

 

Bu barədə akademiyanın meneceri Nail Kərimov məlumat verib.

 

Rəşad Sadiqov Ağdam klubunun U-19 komandasına, Maksim Medvedev isə əvəzediclərə başçılıq edir.

 

Klub rəsmisi bildirib ki, əvəzedicilər liqası ləğv olunsa, M.Medvedev başqa işlə təmin olunacaq. O, son olaraq U-16-nın baş məşqçisi olan Rauf Əliyevlə vidalaşdıqlarını təsdiqləyib.

 

AZƏRTAC

Tarix: 8 İyun 2026, 18:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin