Sosial mediada hər gün minlərlə qəribə video qarşımıza çıxır. Lakin ABŞ-ın Boston şəhərində baş verən bir hadisə böyük səs-səda yaratdı. Gecə yatağında uzanaraq istirahət edən 27 yaşlı Karli Bellmer sadəcə ağrıkəsici qəbul etmək istəyərkən həyatının ən böyük diqqətsizliklərindən birinə yol verib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bir əlində böyük ölçülü ağrıkəsici həbi, digər əlində isə simsiz qulaqlıq olan gənc qadın bir anlıq diqqətsizlik nəticəsində qulaqlığı ağzına ataraq su ilə birlikdə udub.
Bellmer saniyələr sonra etdiyi səhvi anlayıb və keçirdiyi panika ilə şoku dərhal sosial media hesabında izləyiciləri ilə bölüşüb. Qısa müddətdə milyonlarla baxış toplayan video istifadəçiləri heyrətə gətirib.
Hadisənin ən çox diqqət çəkən və sosial şəbəkələrdə sürətlə yayılmasına səbəb olan hissəsi isə Bellmer dostuna səsli mesaj göndərmək istəyəndə başlayıb. Qulaqlıq hələ də telefonla Bluetooth vasitəsilə bağlı olduğu üçün onun göndərdiyi səs yazısı sanki mədəsinin içindən əks-səda verirmiş kimi eşidilib.
Bellmer bildirib ki, qulaqlıq mədəsində olduğu halda belə cihaz səs yazılarını səsləndirməyə davam edirdi. Gənc qadın vəziyyətin absurdluğunu göz yaşları içində sosial mediada danışıb. İzləyicilər isə videonun şərh bölməsində mədədən gələn səsin necə səsləndiyini eşitmək istədiklərini yazaraq minlərlə rəy paylaşıblar.
Bu qəribə hadisədən sonra gənc qadın dərhal xəstəxanaya müraciət edib və həkim nəzarətinə götürülüb. Rentgen müayinələrindən sonra məlum olub ki, qulaqlıq həzm sistemini tamamilə təbii yollarla tərk edib. Bellmer cihazı geri almağa çalışmadığını vurğulayaraq bildirib ki, rentgen nəticələri qulaqlığın artıq mədəsində olmadığını və orqanizmdən xaric edildiyini təsdiqləyib.
Ekspertlər əlavə ediblər ki, simsiz qulaqlıqlarda yerləşən litium-ion batareyaların mədə turşusu ilə təması daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilərdi. Həkimlər Bellmerin bu hadisədə olduqca şanslı olduğunu bildirirlər. Sosial şəbəkələrdə geniş rezonans doğuran bu hadisə isə bir daha yataqda telefon və qulaqlıq kimi cihazlarla ehtiyatsız davranmamağın vacibliyini xatırladıb.
10 İyul 23:33
10 İyul 20:12
10 İyul 19:57
10 İyul 19:43
10 İyul 19:21
10 İyul 19:06
10 İyul 18:54
10 İyul 18:44
10 İyul 18:40
10 İyul 18:08
10 İyul 18:04
10 İyul 17:59
10 İyul 17:52
10 İyul 17:49
10 İyul 17:46
10 İyul 17:40
10 İyul 17:33
10 İyul 17:27
10 İyul 17:09
10 İyul 16:43
10 İyul 16:40
10 İyul 16:32
10 İyul 16:23
10 İyul 16:21
10 İyul 16:12
10 İyul 16:03
10 İyul 15:53
10 İyul 15:47
10 İyul 15:47
10 İyul 15:32
10 İyul 15:30
10 İyul 15:26
10 İyul 15:19
10 İyul 15:10
10 İyul 14:53
10 İyul 14:52
10 İyul 14:47
10 İyul 14:40
10 İyul 14:30
10 İyul 14:24
10 İyul 14:19
10 İyul 14:16
10 İyul 14:14
10 İyul 14:08
10 İyul 14:03
10 İyul 13:45
10 İyul 13:42
10 İyul 13:41
10 İyul 13:38
10 İyul 13:35
10 İyul 13:32
10 İyul 13:31
10 İyul 13:24
10 İyul 13:16
10 İyul 13:12
10 İyul 13:11
10 İyul 13:07
10 İyul 13:04
10 İyul 12:59
10 İyul 12:57
10 İyul 12:53
10 İyul 12:50
10 İyul 12:46
10 İyul 12:41
10 İyul 12:36
10 İyul 12:33
10 İyul 12:30
10 İyul 12:30
10 İyul 12:23
10 İyul 12:21
10 İyul 12:17
10 İyul 12:15
10 İyul 12:02
10 İyul 12:00
10 İyul 11:55
10 İyul 11:53
10 İyul 11:48
10 İyul 11:44
10 İyul 11:41
10 İyul 11:37
10 İyul 11:33
10 İyul 11:20
10 İyul 11:14
10 İyul 11:13
10 İyul 11:00
10 İyul 10:41
10 İyul 10:16
10 İyul 10:12
10 İyul 09:56
10 İyul 09:49
10 İyul 09:28
10 İyul 09:14
10 İyul 09:01
10 İyul 08:58
10 İyul 08:48
10 İyul 08:41
10 İyul 08:39
10 İyul 08:37
10 İyul 08:31
10 İyul 08:26
10 İyul 08:23
10 İyul 08:15
10 İyul 08:10
10 İyul 08:06
10 İyul 07:11
10 İyul 07:08
10 İyul 07:06
9 İyul 23:58
9 İyul 23:25
9 İyul 22:43
9 İyul 22:35
9 İyul 22:07
9 İyul 22:04
9 İyul 21:57
9 İyul 21:03
9 İyul 20:13
9 İyul 19:21
9 İyul 19:06
9 İyul 18:58
9 İyul 18:45
9 İyul 18:35
9 İyul 18:31
9 İyul 18:20
9 İyul 18:17
9 İyul 18:15
9 İyul 18:10
9 İyul 18:01
9 İyul 17:58
9 İyul 17:55
9 İyul 17:52
9 İyul 17:36
9 İyul 17:19
9 İyul 17:16
9 İyul 17:14
9 İyul 17:11
9 İyul 17:01
9 İyul 16:39
9 İyul 16:23
9 İyul 16:15
9 İyul 16:12
9 İyul 16:09
9 İyul 16:02
9 İyul 15:54
9 İyul 15:47
9 İyul 15:39
9 İyul 15:39
9 İyul 15:28
9 İyul 15:03
9 İyul 14:59
9 İyul 14:43
Ən son xəbərləri səhifəmizdən də izləyin