BURADA REKLAMINIZ OLA
BİLƏR

Psixoterapevt: "Allahlı və Allahsız qadınlar var..."

“Qadın kişinin əlinə baxmağı öyrənibsə, ərindən boşananda əlinə baxmağa başqa kişi axtaracaq. Allahlı və Allahsız qadınlar var... Söhbət isə dindən getmir. Rahat yaşamağın, əbədi həyatın sirri dünyaya baxış bucağını dəyişməkdir. Qadın var müəyyən ənənələrlə böyüyüb, onun baxış bucağı mentallıqla proqramlaşıb. O qadın kişinin himayəsində olmağa öyrəşib. Boşanmağı eşidir, ancaq himayədə olmaq proqramı var axı, bəyənmədiyi ərdən boşanıb qaçıb himayə axtarır. Hər gün əzən, döyən kişilər də var ki, qadın orada dözməli deyil. Amma qadın niyə himayədən çıxmaq istəyir? Çünki himayədar onu himayə etmək əvəzinə, ona xəyanət edir, onu kasıb daxmada saxlayıb başqasına gözəl gün yaşadır. Himayədar əsl himayədar olarsa, qadın himayəlikdən çıxmaq istəməz”.

 

Pravda.az xəbər verir ki, bu sözləri psixoterapevt Əli Nağıyev “Qara Qırmızı” youtube podkastında deyib.

 

Onun sözlərinə görə, cəmiyyətdə illər boyu “ər nə edirsə, qadın dözməlidir” yanaşması var idi və bunların  hamısı bugünkü mənzərəyə gətirib çıxarıb: “Qadın himayə istəyir. Qadın kişidən güclüdür. Özünü qadından üstün hesab edən kişi həmcinslərimə səslənirəm: qadınlarla ünsiyyət təcrübəm həm şəxsi, həm də iş təcrübəm səbəbindən çoxdur. Buna əsaslanaraq deyə bilirəm ki, qadın başınıza elə oyun açar ki xəbəriniz də olmaz. Hamınız bu dünyadan qadının bətnindən düşüb gəlmisiniz. Qadın mərhəmət, sevgi, nəvaziş və digər sahələrdə üstündür. Bu keyfiyyətlər kişidə yoxdur. Kişilər o düzgün himayəni verə bilirmi ki qadın yapışsın, qopmasın?! Kişi var qadından boşanmaq istəyir, amma yaxşı himayədar olduğu üçün qadın buraxmaq istəmir. Belə ailələr də var. Ayrılmaq qərarı kişidən gəlirsə, bu, artıq fərqli mənzərədir və problem hər ikisində olur. Qadın boşanmaq istəyirsə, problem cəmiyyətdədir. Çünki heç bir qadın doğmalıq hissi verən, nəvazişini ortaya qoya bildiyi yerdən qaçmaz. Dünyanın hər yerində belədir. Qadın fahişəliyinin yayılmasının səbəbi kişilərin nəfsidir. Bunu qadınlar etmir, kişilər özünə sual versin...”

Psixoterapevt qeyd edib ki, özünə rəva görmədiyini başqasına görməməlisən: “Səninlə necə rəftar olunmasını istəyirsənsə, qarşındakına elə etməlisən. Bu qızıl mənəviyyatın prinsipidir. Ailə dəyərləri Sovet dönəmində mentallıqda proqram kimi oturuşmuşdu ki, əzab çəkəcəksən, amma ailən dağılmayacaq. Bu idarəetmənin asanlaşdırılması üçün idi. Alimlər sübut ediblər ki, bayramlarda yığışmalar, deyib-gülmələr varsa, uzunömürlülüyün sirri belə ailə tipidir. İnsanlar ona görə boşanırlar ki,  onlara deyiblər ki, ailə yox, sən vacibsən. Bunu kobud şəkildə parapsixoloqlar deyir. Digər səbəblər də var. İnsanlar başa düşüblər ki, mən boşana bilərəm. Bu yaxşıdır, ya pis, siz düşünün... Boşanma haqqını biliblər, boşanma mədəniyyəti hələ yoxdur”.

 

Şəhanə Qədirli

Tarix: 9 İyun 2026, 14:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin