BURADA REKLAMINIZ OLA
BİLƏR

Araz çayında batdığı ehtimal olunan gəncin axtarışları davam etdirilir

İyunun 7-də Araz çayının İmişli rayonunun Rəsullu kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Turan Mirağa oğlu Mirişlinin axtarışları Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən davam etdirilir.

 

Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, nazirliyin Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən axtarışlar vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə fasiləsiz həyata keçirilir.

 

Bu barədə əlavə məlumatın veriləcəyi bildirilib.

Tarix: 9 İyun 2026, 14:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin