BURADA REKLAMINIZ OLA
BİLƏR

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

Çin hökuməti növbəti beş il ərzində məlumatların emalı mərkəzlərinin tikintisinə təxminən 2 trilyon yuan və ya 255 milyard avro sərmayə yatırmağı planlaşdırır.

 

Pekin bu investisiyalar vasitəsilə ölkənin süni intellekt sektorunu genişləndirməyə və bu texnologiya sahəsində ABŞ-ni qabaqlamağa çalışır.

 

“China Mobile” və “China Telecom Corp” kimi dövlət şirkətləri məlumatların emalı mərkəzlərinin böyük hissəsini idarə edəcək və onların şəbəkəyə qoşulmasını təmin edəcəklər.

 

Texnologiya sektorunda, o cümlədən süni intellekt üçün çiplərin istehsalı sahəsində “Huawei” kimi yerli şirkətlərə üstünlük veriləcək. Nəticədə “Nvidia” və “Advanced Micro Devices” kimi ABŞ istehsalçılarının mövqeləri zəifləyə bilər.

 

Azərtac

Tarix: 9 İyun 2026, 19:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin