BURADA REKLAMINIZ OLA
BİLƏR

Qadını qətlə yetirən şəxslə bağlı qərar çıxarıldı

Ali Məhkəmədə qətl, quldurluq və digər cinayətlər törətməkdə təqsirləndirilən Fərman Dəmirovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


İttihama görə, Xaçmaz şəhər sakini Şirinbalayeva Mafizə Gülmalı qızının meyiti şəhərin Asif Cəbrayılov küçəsində fərdi yaşayış evlərinin birində tapılıb.


Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib. İlkin araşdırmalarla onun qətlə yetirildiyi müəyyən olunub. İş üzrə şübhəli şəxs qismində başqa şəxs saxlanılsa da, hadisəni törədən şəxs 6 ay sonra saxlanılıb. Məlum olub ki, qətl hadisəsini mərhumun evinin yaxınlığında tikintidə fəhlə işləyən Dəmirov Fərman Seyfulla oğlu törədib. O istintaqa təhvil verilib.


Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərman Dəmirov 19 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

Kamal Məmmədov 

Tarix: 10 İyun 2026, 08:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin