BURADA REKLAMINIZ OLA
BİLƏR

Mənsum İbrahimov formada qalmağın sirrini açıqladı

 

65 yaşlı Xalq artisti Mənsum İbrahimov formada qalma sirrlərini bölüşüb

 

Axşam.az xəbər verir ki, xanəndə bu barədə "Qonaqcanlı" proqramında danışıb. İfaçı hər gün səhər 8,5 kilometr məsafədə yürüş etdiyini açıqlayıb:

 

"Hər gün səhər saat 5-də oyanıb yürüşə çıxıram. Bu, vərdiş halına gələndən sonra daha asan olur. Gecə saat 2-də yatsam belə, səhər saat 5-də mütləq oyanıram və yürüşə gedirəm.

İti addımlarla 8,5 kilometr yol gedirəm. Bu həm sağlamlıq üçündür, həm də mənə gümrahlıq verir. Hansı tədbirə getsəm də özümü enerjili hiss edirəm. Qış aylarında isə saat 6-da oyanıram”.

 

 

 

Tarix: 10 İyun 2026, 13:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin