Hər ana və körpə xüsusi olduğu kimi onların qida seçimləri də özünəməxsusdur. Bəs uşaqlarda ömür boyu davam edəcək qida üstünlüklərinin formalaşmasında doğumdan əvvəl və sonrakı dövrdə yaşanan dad təcrübələrinin böyük rol oynadığını bilirdinizmi?
Pravda.az bildirir ki, son araşdırmalara görə, hamiləlik dövründə müxtəlif və balanslı bəslənmək, uşağın gələcəkdə sağlam qidaları daha asan qəbul etməsini təmin edən ilk və ən vacib addımdır. Bəlkə də gələcəkdə tərəvəz sevən bir uşaq böyütməyin sirri elə hamiləlik dönəmində ana namizədinin öz boşqabına daha çox tərəvəz əlavə etməsindən keçir.
Dad hissinin ana bətnində başlayan inkişafı
İnsanda dad və qoxu ilə bağlı duyğuların inkişafı hələ ana bətnində ikən fəaliyyətə başlayır. Hamiləliyin son üçaylığında dad reseptor hüceyrələri dadetmə duyğusu ilə bağlı siqnalları mərkəzi sinir sisteminə ötürərək sormaq və üz ifadələri kimi refleksləri tənzimləyir. Bətndəki döl bu son dövrdə amniotik mayeni udmağa başlayır. Ananın qidalanması ilə birbaşa dəyişən amniotik mayenin dadı, körpənin ilk dad təcrübələrini formalaşdırır. Beləliklə, uşaqlar hələ real qidalarla tanış olmazdan əvvəl, dad və qoxu sistemləri vasitəsilə doğuma yaxın dövrdə ilk dad təcrübələrini qazanırlar. Bu dövrdə yaşanan müsbət və ya mənfi təcrübələr gələcəkdəki qida vərdişlərinin təməlini qoyur.
Ana bətnində yaşanan dad təcrübələri
Ananın istehlak etdiyi bəzi qidaların molekulları amniotik mayeyə keçir və bununla da həmin mayenin dadını dəyişdirir. Bununla da ana bətnindəki körpə fərqli dadlarla tanış olur. Məsələn, hamiləlik zamanı müntəzəm olaraq kök suyu içən və ya sarımsaq, reyhan kimi kəskin dadı olan qidalar qəbul edən anaların körpələri, süddən kəsiləndən sonra bu qidaları daha böyük iştahla qəbul edirlər. Körpə həmin dadları artıq "tanış və təhlükəsiz" olaraq kodlaşdırdığı üçün yeni qidalara qarşı qorxu və ya imtina hissi minimuma enir.
Gələcək nəsillərin sağlamlığı üçün düzgün qidalanma
Hamiləlik zamanı yalniz kalori miqdarına deyil, qidaların keyfiyyətinə də diqqət yetirilməlidir. İşlənmiş, həddindən artıq yağlı, şəkərli və süni qatqılı qidalar bətndəki körpənin maddələr mübadiləsini mənfi proqramlaşdıra bilər. Əksinə, mövsümi meyvə və tərəvəzlər, tam taxıllar, protein qaynaqları və sağlam yağlar fərqli dad çeşidləri yaradaraq körpənin dad palitrasını zənginləşdirir. Valideynlərin gələcəkdə uşaqlarına sağlam qidalanma vərdişləri qazandırmaq üçün çəkəcəkləri zəhmət, əslində ana bətnində atılan bu kiçik addımlarla xeyli yüngülləşir.
Əminə Bayramova
19 İyul 21:44
19 İyul 21:42
19 İyul 21:37
19 İyul 21:33
19 İyul 20:31
19 İyul 18:41
19 İyul 18:21
19 İyul 18:03
19 İyul 18:00
19 İyul 16:36
19 İyul 16:03
19 İyul 15:35
19 İyul 14:12
19 İyul 13:57
19 İyul 12:22
19 İyul 12:17
19 İyul 12:09
19 İyul 11:44
19 İyul 11:41
19 İyul 11:39
19 İyul 10:41
19 İyul 09:15
19 İyul 09:11
19 İyul 00:16
18 İyul 21:56
18 İyul 21:23
18 İyul 21:13
18 İyul 19:48
18 İyul 19:15
18 İyul 19:03
18 İyul 18:58
18 İyul 18:48
18 İyul 18:40
18 İyul 18:16
18 İyul 18:10
18 İyul 17:49
18 İyul 17:40
18 İyul 17:20
18 İyul 17:10
18 İyul 17:03
18 İyul 16:58
18 İyul 16:51
18 İyul 16:43
18 İyul 16:32
18 İyul 16:13
18 İyul 16:00
18 İyul 15:39
18 İyul 15:21
18 İyul 15:10
18 İyul 15:00
18 İyul 14:51
18 İyul 14:29
18 İyul 14:17
18 İyul 14:07
18 İyul 14:02
18 İyul 13:56
18 İyul 13:31
18 İyul 13:28
18 İyul 13:21
18 İyul 12:57
18 İyul 12:54
18 İyul 12:48
18 İyul 12:39
18 İyul 12:23
18 İyul 12:10
18 İyul 11:58
18 İyul 11:40
18 İyul 11:26
18 İyul 11:24
18 İyul 11:14
18 İyul 11:04
18 İyul 10:53
18 İyul 10:52
18 İyul 10:43
18 İyul 10:38
18 İyul 10:33
18 İyul 10:20
18 İyul 10:04
18 İyul 09:55
18 İyul 09:20
18 İyul 08:31
18 İyul 07:16
18 İyul 06:31
18 İyul 06:28
18 İyul 06:26
18 İyul 03:59
18 İyul 00:50
18 İyul 00:45
17 İyul 21:48
17 İyul 21:17
17 İyul 21:08
17 İyul 21:05
17 İyul 19:58
17 İyul 19:39
17 İyul 18:56
17 İyul 18:52
17 İyul 18:42
17 İyul 18:36
17 İyul 18:29
17 İyul 18:25
17 İyul 18:14
17 İyul 17:59
17 İyul 17:56
17 İyul 17:52
17 İyul 17:50
17 İyul 17:41
17 İyul 17:41
17 İyul 17:29
17 İyul 17:19
17 İyul 17:15
17 İyul 17:05
17 İyul 16:57
17 İyul 16:53
17 İyul 16:44
17 İyul 16:37
17 İyul 16:34
17 İyul 16:28
17 İyul 16:24
17 İyul 16:16
17 İyul 16:13
17 İyul 16:02
17 İyul 15:54
17 İyul 15:48
17 İyul 15:37
17 İyul 15:32
17 İyul 15:28
17 İyul 15:22
17 İyul 15:19
17 İyul 15:14
17 İyul 15:00
17 İyul 14:53
17 İyul 14:39
17 İyul 14:17
17 İyul 14:12
17 İyul 14:07
17 İyul 13:42
17 İyul 13:39
17 İyul 13:23
17 İyul 13:15
17 İyul 13:07
17 İyul 12:58
17 İyul 12:55
17 İyul 12:47
17 İyul 12:38
17 İyul 12:34
17 İyul 12:16
17 İyul 12:09
17 İyul 12:04
17 İyul 11:56
17 İyul 11:54
Ən son xəbərləri səhifəmizdən də izləyin