BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir müavini: Kitabxanaların 80 %-nin internetə çıxışı yoxdur

Azərbaycanda kitabların yarıdan çoxu Kiril əlifbasındadır.

 

Bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli Məclisin Mədəniyyət Komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, Azərbaycan dilində olan nəşrlərin 9,2 milyondan çoxu və ya 57,6 %-i Kiril qrafikasında, 6,7 milyondan çoxu isə latın qrafikasındadır:

 

"Bu da kitabxana fondlarında kiril əlifbalı nəşrlərin hələ də üstünlük təşkil etdiyini göstərir. Hzırda ölkə kitabxanalarının fondunda 18,8 milyona yaxın nəşr mövcuddur. Onların 15,9 milyondan çoxu və ya 84,6 %-i Azərbaycan dilində, 2,9 milyondan çoxu isə xarici dillərdədir".

 

Nazir müavini eyni zamanda kitabxana sistemində kadr hazırlığı ilə bağlı problemlərə də toxunub:

 

"Bu sistemdə çalışan 6 461 əməkdaşın yalnız 7,7 %-i kitabxanaçılıq üzrə ali ixtisas təhsilinə malikdir. İşçilərin 10,4 %-i ali, lakin qeyri-ixtisas təhsilli, 39,3 %-i orta ixtisas, 42,6 %-i isə ümumi orta təhsillidir. Aparılan təhlillər kitabxanaların 90 %-dən çoxunun bina, struktur və xidmət sahələri baxımından beynəlxalq standartlara cavab vermədiyini göstərir. Bundan başqa, real oxucu ilə statistikalarda göstərilən oxucu arasında da böyük fərq var".

 

F.Cəfərov həmçinin əlavə edib ki, kitabxanaların təxminən 80 %-nin internetə çıxışı yoxdur:

 

"Ölkə üzrə kitabxana fondu 18 milyon 894 min 915 nüsxə, qeydiyyatdan keçmiş oxucuların sayı isə 954 min 260 nəfərdir. Həmçinin qeyd edim ki, monitorinqlər zamanı bəzi kitabxanalar tərəfindən faktiki fond və real oxucu sayının təqdim edilmədiyi hallar aşkarlanıb". Report

Tarix: 10 İyun 2026, 14:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin