BURADA REKLAMINIZ OLA
BİLƏR

Həlak olanların nəşi Azərbaycana gətirildi

Azov dənizində dron hücumu nəticəsində həlak olan dörd azərbaycanlı dənizçi, o cümlədən Qismət Əliyev və Fuad Orucovun cənazələri artıq Qusar rayonunda yerləşən Samur sərhəd-keçid məntəqəsindən keçərək Azərbaycana gətirilib.

 

Pravda.az Bizim.Media-ya istinadla xəbər verir ki, cənazələri daşıyan xüsusi təyinatlı avtomobil hazırda Bakı istiqamətində hərəkət edir.

 

Məlumatı Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu Bizim.Media-ya təsdiqləyib.

 

O bildirib ki, mərhum Fuad Orucovun nəşi Bakıda müvafiq tibbi ekspertiza prosedurlarından keçirildikdən sonra ailəsinə təhvil veriləcək.

 

“Fuad Orucovun sabah Xaçmaz rayonunun Yergüc kənd qəbiristanlığında dəfn olunması nəzərdə tutulur”, – deyə Anar Oruclu qeyd edib.

 

Mərhum Qismət Əliyevin də cənazəsinin ekspertiza prosedurlarından sonra yaxınlarına təhvil veriləcəyi gözlənilir.

 

Xatırladaq ki, iyunun 5-i gecə saatlarında Azov dənizində iki xarici - "Natra" və "Zirkon" yük gəmilərinin dronlarla vurulması nəticəsində beş Azərbaycan vətəndaşı, o cümlədən kapitan Fuad Orucovun həlak olduğu, üç nəfərin isə yaralandığı bildirilib.

Tarix: 10 İyun 2026, 18:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin