BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubadlı şəhərində 2-ci yaşayış məhəlləsinin layihələndirmə xidmətlərinə 230 min sərf olunacaq

Qubadlı şəhərində 2-ci yaşayış məhəlləsinin layihəsinin optimallaşdırılması üçün layihələndirmə xidmətlərinə 230 100 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, xidməti “TK Project” MMC göstərəcək.

 

Sifarişçi “Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi və MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Yəni “bir mənbə” metodu tətbiq olunub.

 

Cabir

Tarix: 11 İyun 2026, 09:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin