BURADA REKLAMINIZ OLA
BİLƏR

Futbol üzrə dünya çempionatı başlayır - Tarixdə ilk dəfə üç ölkənin ev sahibliyi ilə

Tarixdə ilk dəfə üç ölkənin - ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi futbol üzrə dünya çempionatı bu gün start götürəcək.

 

Mundialın açılış matçı A qrupunda Meksika və Cənubi Afrika Respublikası yığmaları arasında baş tutacaq. Paytaxt Mexiko şəhərində yerləşən “Asteka” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü braziliyalı FIFA referisi Vilton Sampayo idarə edəcək.

 

İlk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək dünya çempionatı üçün ümumilikdə 1248 futbolçu sifariş edilib. Kabo-Verde, Kurasao, İordaniya və Özbəkistan milliləri dünyanın ən böyük futbol turnirində debüt edəcəklər.

 

Mundial ərzində 104 oyun reallaşacaq ki, bunların 78-nə ABŞ ev sahibliyi edəcək.

 

Azərbaycanlı futbol azarkeşlərinin çıxışını maraqla gözlədiyi yığmalardan biri 24 il sonra yenidən dünya çempionatına vəsiqə qazanan Türkiyə millisidir. D qrupunda yer alan “ay-ulduzlular” ilk görüşünü iyunun 14-də Bakı vaxtı ilə saat 08:00-da Avstraliyaya qarşı keçirəcək.

 

A qrupu: Meksika, Cənubi Afrika Respublikası, Koreya Respublikası, Çexiya;

 

B qrupu: Kanada, Qətər, İsveçrə, Bosniya və Herseqovina;

 

C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya;

 

D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə;

 

E qrupu: Almaniya, Kurasao, Kot d`İvuar, Ekvador;

 

F qrupu: Niderland, Yaponiya, İsveç, Tunis;

 

G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya;

 

H qrupu: İspaniya, Kabo Verde, Səudiyyə Ərəbistanı, Uruqvay;

 

I qrupu: Fransa, Seneqal, Norveç, İraq;

 

J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya

 

K qrupu: Portuqaliya, Konqo Demokratik Respublikası, Özbəkistan, Kolumbiya;

 

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana.

 

Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq. Mundialın son qalibi 2022-ci ildə Qətərdə keçirilən turnirdə kuboku başı üzərinə qaldıran Argentina millisidir.AZƏRTAC

Tarix: 11 İyun 2026, 10:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin