BURADA REKLAMINIZ OLA
BİLƏR

Nərimanovda baş verən yanğın söndürüldü - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb.

 

Bu barədə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

 

Hadisə zamanı xəsarət alan olmayıb.

 

***

11:22

 

Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.

 

Hadisə Tofiq Bəhramov adına Respublika Stadionunun yaxınlığnda yerləşən obyektdə qeydə alınıb.

 

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Tarix: 11 İyun 2026, 12:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin