BURADA REKLAMINIZ OLA
BİLƏR

Dron hücumu nəticəsində həlak olan Fuad Orucov Xaçmazda dəfn edilib - FOTO

Azov dənizində yük gəmilərinə dron hücumunda həlak olmuş Azərbaycan vətəndaşı, gəmi kapitanı Fuad Orucov dəfn edilib.

 

Fuad Orucovun nəşi doğulduğu Xaçmaz rayonuna gətirilib. Mərhumla əvvəlcə yaşadığı evdə vida mərasimi keçirilib.

 

Daha sonra Fuad Orucov doğulduğu Xaçmaz rayonunun Yergüc kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, iş yoldaşları, dostları və kənd sakinləri iştirak ediblər.

 

Qeyd edək ki, Fuad Orucov Azov dənizinin Taqanroq körfəzində yük gəmisinə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum zamanı həlak olub.APA

Tarix: 11 İyun 2026, 12:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin