BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilib - YENİLƏNİB

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.

 

Belə ki, 17 vaqondan ibarət 984 ton dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində göndərilib.

 

Qeyd edək ki, indiyə qədər Azərbaycandan Ermənistana 12 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

 

***

 

14:23

 

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq.

 

Pravda.az xəbər verir ki, 17 vaqondan ibarət 984 ton dizel yanacağı Biləcəri stansiyasından yola salınacaq.

Tarix: 11 İyun 2026, 16:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin