BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident sərəncam imzaladı: Bu şəxslərə yüksək vəzifə verdi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrinə yeni müavinlər təyin edilib.

 

Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

 

Sərəncamlara əsasən, yeni sədr müavinləri Tural Mailov və Kamran Əzizovdur.

 

İndiyə qədər T.Mailov sədrin rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq məsələləri üzrə müşaviri, K.Əzizov isə Agentliyin Nəqliyyat infrastrukturunun tikintisi departamentinin müdiri vəzifəsində çalışıb.Report

Tarix: 11 İyun 2026, 16:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin