Rusiya Dövlət Duması miqrantlarla bağlı qaydaları sərtləşdirəcək daha bir qanuna imza atdı.
Yeni qanun layihəsilə bu ölkədə yaşamaq və əmək fəaliyyətilə məşğul olmaq istəyən xarici vətəndaşlar üçün maliyyə şərtləri daha da sərtləşdirilir.
Qanun layihəsində miqrasiya ilə bağlı dövlət rüsumlarının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur.
Bundan sonra, Rusiya vətəndaşlığının alınması üçün rüsum 12 dəfə, 4200-dən 50000 rubla qədər, daimi yaşayış icazəsinin (VNZhP) qiyməti beş dəfə, 6000-dən 30000 rubla qədər, müvəqqəti yaşayış icazəsinin (TRP) qiyməti isə səkkiz dəfə, 1920-dən 15000 rubla qədər artacaq. İşəgötürənlərin üzərinə düşən yük də artacaq. Xarici şəxsi işə görürmək istəyən müəssisələr isə hər icazə üçün 15.000 rubl ödəyəcək.
Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, sözügedən addımlar miqrasiya mənzərəsinə kəskin təsir etməyəcək:
“Radikal azalmanı gözləmirəm, olsa-olsa 1-2 faiz civarında olacaq. Amma istənilən halda əmək miqrantları üçün iqtisadi cəhətdən xoşagələn hal deyil”.
Deputat deyir ki, Rusiyanın burada məqsədi dövlətin maliyyə imkanlarının artırılmasına nail olmaqdır:
“Rusiyanın aidiyyəti strukturları miqrasiya sahəsində siyasətin sərtləşdirilməsi üçün müxtəlif təşəbbülər irəli sürürlər. Burada əsas niyyət miqrasiya siyasətinin dövlətə maliyyə nöqteyi-nəzərdən fayda verəcək tərzdə həyata keçməsinə nail olmaqdır. Bu fonda rüsumların artırılması da dövlət iqtisadiyyatına fayda verilməsi məqsədilə edilir. Əməkçi miqrantlara münasibətdə isə selektiv yanaşma var.
Deputat qeyd edir ki, sözügedən rüsumların 10-12 dəfə artırılması Rusiya büdcəsinə böyük maliyyə axını ilə nəticələnəcək.
Miqrantlara gəldikdə isə ekspert belə bir qərarın onlara iqtisadi cəhətdən ciddi zərər vuracağını düşünür:
“Onlar müəyyən məsrəflərlə üzləşəcək. Belə olan təqdirdə, gəlirlərini idarə edə bilən miqrantlar ola bilər göstərdikləri xidmətlərin məbləğini artırsınlar. Bu da onların əmək bazarında rəqabət potensialını bir qədər aşağı sala bilər. Habelə mövcud vəziyyətdə miqrantların çalışdığı sahələrə daha aşağı xidmət haqqı təklif etməklə yerli kadrlar müraciət edərsə, əcnəbi miqrantların iş yerlərinin itirilməsinə gətirib çıxaracaq”.
Belə bir qanunun qəbulunun Rusiyaya gedən soydaşlarımızın sayına təsiri məsələsinə gəldikdə, həmsöhbətimizin fikrincə, burada söhbət Azərbaycanla Rusiya arasında miqrasiya mübadiləsindən gedir ki, o da indiki dövrdə nisbətən sabit qalan prosesdir:
“Burada kəskin azalma olmayacaq. Nəzərə alar ki, insanlar əmək fəaliyyətilə məşğul olmaq niyyətilə bu ölkəyə üz tutur”. Bakupost
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
Ən son xəbərləri səhifəmizdən də izləyin