BURADA REKLAMINIZ OLA
BİLƏR

Yasamalda zibil konteynerləri avtobus zolağına düzülüb - VİDEO

Bakının Yasamal rayonunda zibil konteynerlərinin avtobus zolağının kənarında yerləşdirilməsi sürücülərin narazılığına səbəb olub.

 

Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.

 

Bildirilib ki, A.M.Şərifzadə küçəsində zibil konteynerlərinin avtobus zolağının kənarına düzülməsi ictimai nəqliyyatın hərəkətinə maneə, sürücülər üçün əlavə təhlükə yaradır.

Məsələ ilə bağlı Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən bildirilib ki, konteynerlərin yerinin dəyişdirilməsi nəzərdə tutulmur:

 

"Sözügedən konteynerlər həmin əraziyə uzun illər əvvəl yerləşdirilib. Sonradan isə küçədə yolun hərəkət hissəsi genişləndirilib və nəticədə konteynerlər hazırkı mövqedə qalıb".Oxu.Az

 

 

Tarix: 11 İyun 2026, 18:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin