BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın keçmiş səfiri vəfat edib - FOTO

Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov vəfat edib. Pravda.az bu barədə Aktual.ge-yə istinadən xəbər verir.


Məlumata görə, o, Bakıdakı evində dünyasını dəyişib. Mərhum iyunun 13-də Bakı şəhərində dəfn olunacaq.


Qeyd edək ki, Dursun Həsənov əslən Marneuli rayonunun Algeti kəndindəndir. O, 2017-2020-ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Tarix: 12 İyun 2026, 01:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin