BURADA REKLAMINIZ OLA
BİLƏR

Emin Hüseynov: "Ağdam-Füzuli-Xocavənddə 95 min hektardan çox əkinəyararlı torpaq dövriyyəyə cəlb ediləcək"

Ağdam-Füzuli-Xocavənd iqtisadi rayonunda 95 min hektardan çox əkinəyararlı torpaq sahəsi dövriyyəyə cəlb olunacaq.

 

Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" ilə əlaqədar təşkil olunan müşavirə çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərnə görə, yeni Dövlət Proqramı kənd təsərrüfatı sahəsinə əvvəlki subsektorial proqramlardan fərqli olaraq daha əhatəli və qlobal baxış bucağını özündə birləşdirir:

 

"Həmçinin proqram intensiv və məhsuldarlığın yüksəldilməsinə istiqamətlənmiş, xüsusən ixracyönümlü məhsulların istehsalını stimullaşdıran aqrar fəaliyyətlərin dəstəklənməsini nəzərdə tutur. Dövlətlə bərabər özəl sektorun da bu prosesdə aktiv iştiraki proqramın başlıca üstünlüklərindən birini təşkil edir", - deyə o vurğulayıb.

 

E.Hüseynov diqqətə çatdırıb ki, proqram təkcə istehsal sahələrinin genişləndirilməsinə deyil, eyni zamanda tam dəyər zəncirinin yaradılmasına və möhkəmləndirilməsinə hesablanıb.

 

"Azərbaycanın su ehtiyatlarının təqribən 20-30 %-i işğaldan azad olunmuş ərazilərdə formalaşır. Həm su mənbələrinin ölkəmizin nəzarəti altında olması, həm də dövlət tərəfindən reallaşdırılan genişmiqyaslı bərpa və yenidənqurma layihələri sayəsində bölgədə əhəmiyyətli infrastruktur obyektləri inşa edilir. Su anbarları, magistral su kanalları və paylayıcı şəbəkələrin qurulması su və torpaq ehtiyatlarından daha səmərəli istifadə imkanları yaradır".

 

Xüsusi nümayəndə bildırib ki, Ağdam-Füzuli-Xocavənd iqtisadi rayonu aqrar sahə baxımından ölkənin ən perspektivli bölgələrindən birini təmsil edir: "Sahibkarlara ayrılmış 50 min hektar torpaq sahəsinin artıq 24 min hektarı istifadəyə hazır vəziyyətdədir. Dövlət bu istiqamətdə lazımi infrastruktur layihələrini icra edir. Prezident İlham Əliyevin sahibkarlara ünvanladığı çağırışları rəhbər tutaraq onları bu layihələrdə fəal iştirak etməyə dəvət edirik", - deyə E.Hüseynov əlavə edib.

 

Report

Tarix: 12 İyun 2026, 15:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin