Azərbaycan ilə Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında "Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ" üzrə kredit müqaviləsi, eləcə də "Bakı Metropoliteni" QSC ilə AİİB arasında eyni layihə üzrə layihə sazişi imzalanıb.
Bu barədə Pravda.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, 180 milyon ABŞ dolları həcmində kredit müqaviləsini Azərbaycan Hökuməti adından maliyyə naziri Sahil Babayev, layihə sazişini isə "Bakı Metropoliteni" QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanov imzalayıb.
İmzalanma mərasimində maliyyə naziri kredit vəsaitlərinin cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə qurumlarının tələblərinə müvafiq olaraq əhatəli hazırlıq işlərinin aparıldığını bildirb.
Nazir vurğulayıb ki, bu, son illər ərzində ölkənin nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində gerçəkləşdirilən ən əhəmiyyətli maliyyə layihəsidir, eyni zamanda Azərbaycan tarixində ictimai nəqliyyat sahəsinə cəlb olunan ən böyük həcmli beynəlxalq kreditdir.
Öz növbəsində, AİİB-nin Nəqliyyat üzrə baş investisiya mütəxəssisi Mohamed Sameh hərtərəfli ekoloji və sosial qiymətləndirmə işlərinin həyata keçirildiyini, texniki-iqtisadi əsaslandırmanın hazırlandığını və nəticə olaraq layihənin AİİB-nin İdarə Heyəti tərəfindən təsdiqləndiyini qeyd edib.
Bundan əlavə, M.Sameh layihənin beynəlxalq standartlara, şəffaflıq və dayanıqlıq prinsiplərinə tam şəkildə uyğun olduğunu vurğulayıb.
Qeyd olunub ki, 4 illik güzəşt dövrü nəzərdə tutulmaqla, cəmi 20 il müddətinə bağlanmış sazişlər Bakı metropoliteninin müasirləşdirilməsi və genişləndirilməsi üzrə uzunmüddətli proqramın birinci mərhələsinin icrasını təmin edəcək. Layihə daxilində "Dərnəgül" və "Xocəsən" elektrik depolarının tikintisinin davam etdirilməsi, həmçinin Yaşıl xətt üzərində yerləşən 10 stansiyanın yenidənqurulması planlaşdırılır. Layihənin həyata keçirilməsi şəhər sakinlərinin təhlükəsiz, rahat və əlçatan ictimai nəqliyyatla təmin olunmasına xidmət edəcək. Eyni zamanda, sərnişinlərin şəxsi avtomobillərdən metro nəqliyyatına keçidini təşviq etməklə karbon emissiyalarının azaldılmasına və Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki beynəlxalq öhdəliklərinə əhəmiyyətli töhfə verəcək.
19 İyul 21:44
19 İyul 21:42
19 İyul 21:37
19 İyul 21:33
19 İyul 20:31
19 İyul 18:41
19 İyul 18:21
19 İyul 18:03
19 İyul 18:00
19 İyul 16:36
19 İyul 16:03
19 İyul 15:35
19 İyul 14:12
19 İyul 13:57
19 İyul 12:22
19 İyul 12:17
19 İyul 12:09
19 İyul 11:44
19 İyul 11:41
19 İyul 11:39
19 İyul 10:41
19 İyul 09:15
19 İyul 09:11
19 İyul 00:16
18 İyul 21:56
18 İyul 21:23
18 İyul 21:13
18 İyul 19:48
18 İyul 19:15
18 İyul 19:03
18 İyul 18:58
18 İyul 18:48
18 İyul 18:40
18 İyul 18:16
18 İyul 18:10
18 İyul 17:49
18 İyul 17:40
18 İyul 17:20
18 İyul 17:10
18 İyul 17:03
18 İyul 16:58
18 İyul 16:51
18 İyul 16:43
18 İyul 16:32
18 İyul 16:13
18 İyul 16:00
18 İyul 15:39
18 İyul 15:21
18 İyul 15:10
18 İyul 15:00
18 İyul 14:51
18 İyul 14:29
18 İyul 14:17
18 İyul 14:07
18 İyul 14:02
18 İyul 13:56
18 İyul 13:31
18 İyul 13:28
18 İyul 13:21
18 İyul 12:57
18 İyul 12:54
18 İyul 12:48
18 İyul 12:39
18 İyul 12:23
18 İyul 12:10
18 İyul 11:58
18 İyul 11:40
18 İyul 11:26
18 İyul 11:24
18 İyul 11:14
18 İyul 11:04
18 İyul 10:53
18 İyul 10:52
18 İyul 10:43
18 İyul 10:38
18 İyul 10:33
18 İyul 10:20
18 İyul 10:04
18 İyul 09:55
18 İyul 09:20
18 İyul 08:31
18 İyul 07:16
18 İyul 06:31
18 İyul 06:28
18 İyul 06:26
18 İyul 03:59
18 İyul 00:50
18 İyul 00:45
17 İyul 21:48
17 İyul 21:17
17 İyul 21:08
17 İyul 21:05
17 İyul 19:58
17 İyul 19:39
17 İyul 18:56
17 İyul 18:52
17 İyul 18:42
17 İyul 18:36
17 İyul 18:29
17 İyul 18:25
17 İyul 18:14
17 İyul 17:59
17 İyul 17:56
17 İyul 17:52
17 İyul 17:50
17 İyul 17:41
17 İyul 17:41
17 İyul 17:29
17 İyul 17:19
17 İyul 17:15
17 İyul 17:05
17 İyul 16:57
17 İyul 16:53
17 İyul 16:44
17 İyul 16:37
17 İyul 16:34
17 İyul 16:28
17 İyul 16:24
17 İyul 16:16
17 İyul 16:13
17 İyul 16:02
17 İyul 15:54
17 İyul 15:48
17 İyul 15:37
17 İyul 15:32
17 İyul 15:28
17 İyul 15:22
17 İyul 15:19
17 İyul 15:14
17 İyul 15:00
17 İyul 14:53
17 İyul 14:39
17 İyul 14:17
17 İyul 14:12
17 İyul 14:07
17 İyul 13:42
17 İyul 13:39
17 İyul 13:23
17 İyul 13:15
17 İyul 13:07
17 İyul 12:58
17 İyul 12:55
17 İyul 12:47
17 İyul 12:38
17 İyul 12:34
17 İyul 12:16
17 İyul 12:09
17 İyul 12:04
17 İyul 11:56
17 İyul 11:54
Ən son xəbərləri səhifəmizdən də izləyin