Son illərdə bir sıra ölkələrdə uşaq və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlərin tətbiqi geniş müzakirə olunur. Bu məsələyə yalnız hüquqi və texnoloji deyil, həm də psixoloji aspektdən yanaşmaq vacibdir. Çünki rəqəmsal platformalar yeniyetmələrin gündəlik həyatının bir hissəsinə çevrilib və bu sahədəki dəyişikliklər onların emosional vəziyyətinə birbaşa təsir göstərə bilir.
Bu fikirləri AZƏRTAC -a açıqlamasında Bakı Dövlət Universitetinin psixologiya kafedrasının müəllimi, klinik psixoloq Emiliya İgidova bildirib. Onun sözlərinə görə, sosial şəbəkələrdən istifadənin müəyyən çərçivədə tənzimlənməsi uşaqların psixi sağlamlığının qorunmasına müsbət təsir göstərə bilər: "Lakin burada əsas məsələ məhdudiyyətlərin tətbiq üsuludur. Birdən-birə və sərt qadağalar bəzi uşaqlarda aqressiv davranışların artmasına, nevrotik reaksiyaların formalaşmasına, ailədaxili münasibətlərdə gərginliyə və etiraz meyillərinin güclənməsinə səbəb ola bilər. Xüsusilə yeniyetməlik dövründə müstəqillik ehtiyacının yüksək olması bu reaksiyaları daha qabarıq şəkildə ortaya çıxarır. Təcrübəmdə sosial şəbəkələrdən həddindən artıq istifadə edən, hətta aludəçilik əlamətləri göstərən yeniyetmələrə də rast gəlirik. Bu uşaqların bir qismində real həyatda maraq dairəsinin daralması, ailə üzvləri ilə ünsiyyətin zəifləməsi, akademik göstəricilərin aşağı düşməsi və sosial şəbəkələrə çıxış məhdudlaşdırıldıqda ciddi narahatlıq müşahidə olunur. Belə yeniyetmələr risk qrupu hesab edilə bilər və onlara münasibətdə daha həssas yanaşma tələb olunur.
Bu hallarda sosial mediadan istifadənin qəfil dayandırılması vəziyyəti ağırlaşdıra bilər. Məhdudiyyətlərə cavab olaraq aqressiya, emosional qeyri-sabitlik, qapanma və ya depressiv əlamətlər meydana çıxa bilər. Buna görə də istifadənin mərhələli şəkildə azaldılması, paralel olaraq psixoloji dəstəyin göstərilməsi və alternativ məşğuliyyətlərin təşviqi daha məqsədəuyğun yanaşmadır".
Psixoloq bildirib ki, valideynlər bu prosesdə xüsusilə diqqətli olmalıdırlar: "Sosial şəbəkələrə sərf olunan vaxt azaldılırsa, uşağın asudə vaxtının necə təşkil ediləcəyi də nəzərə alınmalıdır. İdman, yaradıcılıq fəaliyyəti, mütaliə, müxtəlif inkişaf proqramları və ailə ilə keçirilən keyfiyyətli vaxt uşağın sosial və emosional inkişafına müsbət təsir göstərir. Əks halda qadağa uşaq tərəfindən itki və ya cəza kimi qəbul edilə bilər. Digər vacib məqam nəzarətlə təzyiq arasındakı sərhədin qorunmasıdır. Effektiv yanaşma qadağalar və cəzalar deyil, açıq ünsiyyət, qarşılıqlı etimad və maarifləndirmə üzərində qurulmalıdır. Uşaq və ya yeniyetmə qoyulan qaydaların səbəbini anladıqda onlara əməl etmək ehtimalı daha yüksək olur.
Ümumilikdə sosial şəbəkələrdən istifadəyə qoyulan məhdudiyyətlərin təsiri uşağın yaşından, psixoloji xüsusiyyətlərindən, istifadə intensivliyindən və ailə mühitindən asılı olaraq dəyişir. Məqsəd uşaqları texnologiyadan tam uzaqlaşdırmaq deyil, onlarda sağlam rəqəmsal davranış vərdişləri formalaşdırmaqdır", -deyə o qeyd edib.
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
Ən son xəbərləri səhifəmizdən də izləyin