BURADA REKLAMINIZ OLA
BİLƏR

Elm və təhsil naziri Gəncədə vətəndaşlarla görüşdü - FOTO

Elm və təhsil naziri Emin Əmrullayev Gəncə şəhərində vətəndaş qəbulu keçirib.

 

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, qəbulda Gəncə, Samux və Kəlbəcər sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

 

Qeyd edəkm ki, elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Fotoları təqdim edirik
Tarix: 12 İyun 2026, 17:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin