BURADA REKLAMINIZ OLA
BİLƏR

Tramp İranı yalançılıqda günahlandırdı

İranın saxta xəbərlər yayan mediaya sızdırdığı şərtlərin yazılı şəkildə razılaşdırılmış şərtlərlə heç bir əlaqəsi yoxdur.

 

Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

 

“Onların dedikləri, o cümlədən razılaşmanın əldə edildiyi ilə bağlı zəif və aciz bəyanatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Onlarla xoş niyyət əsasında danışıqlar aparmaq mümkün deyil”, - ABŞ lideri qeyd edib.

 

Eyni zamanda Tramp İranın Hörmüz boğazından keçməyə çalışan gəmilərə hücumunu da pisləyib: “Ötən gecə Hörmüz boğazını tərk edən Hindistan gəmilərinə qarşı həyata keçirdikləri və tamamilə dəf edilmiş dron hücumu tamamilə qəbuledilməzdir. Onlar özlərini tez bir zamanda ələ almalıdır”.APA

Tarix: 12 İyun 2026, 17:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin