BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı–Naxçıvan marşrutu üzrə reyslər bərpa olundu

AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub və uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir.

 

Bu barədə Pravda.az-a  AZAL-dan məlumat verilib.

 

Qeyd olunub ki, bölgədə hava şəraitinin sabitləşməsindən sonra reyslərin yerinə yetirilməsi normal rejimdə davam etdirilir.

 

Xatırladaq ki, Azərbaycan Hava Yollarının (AZAL) J2-285 və J2-291 nömrəli Bakı-Naxçıvan reyslərini icra edən təyyarələri ötən axşam bölgədə hökm sürən ildırımlı hava şəraiti və yağan dolu səbəbindən Bakıya qayıtmışdı. Təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportuna müvafiq olaraq 21:27 və 21:32-də eniş etmişdi.

Tarix: 13 İyun 2026, 10:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin