BURADA REKLAMINIZ OLA
BİLƏR

23 min müəllim üçün sertifikatlaşdırma prosesi başlayır

Müəllimlərin  sertifikatlaşdırma prosesi başlayır.

 

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

 

Bildirilib ki, 2026-cı il üzrə sertifikatlaşdırma prosesinə hazırlıq işləri yekunlaşıb. Cari ildə ilk dəfə olaraq Tarix, Texnologiya, Musiqi, Təsviri incəsənət və Fiziki tərbiyə fənləri də prosesə daxil edilib. Ümumilikdə, cari ildə 23 min nəfərdən çox təhsilverən 19 şəhər üzrə 35 imtahan mərkəzində bilik və bacarıqlarını nümayiş etdirəcək.

 

Prosesin şəffaflığı və operativliyini təmin etmək məqsədilə imtahan mərkəzlərində bütün zəruri texniki və təşkilati tədbirlər görülüb. Qeyd edək ki, sertifikatlaşdırma yalnız bir qiymətləndirmə vasitəsi deyil, eyni zamanda müəllimlərin öz üzərlərində işləməsi və peşəkar inkişafı üçün yeni imkanlar yaradan bir platformadır.

 

Qeyd olunub ki, 2022-ci ildən etibarən həyata keçirilən və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən sertifikatlaşdırma prosesinə indiyədək  84 minə yaxın müəllim cəlb edilib. Sertifikatlaşdırma prosesi pedaqoji heyətin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. İndiyədək sertifikatlaşdırmadan uğurla keçən 24 minə yaxın müəllimin vəzifə maaşına 35 faiz, 49 mindən artıq müəllimin maaşına isə 10 faiz artım tətbiq edilib.

Tarix: 13 İyun 2026, 10:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin