BURADA REKLAMINIZ OLA
BİLƏR

Müəllimlər üçün sənəd qəbulu başa çatdı - 40 mindən artıq namizəd var

Müəllimlərin işə qəbulu müsabiqəsinin qeydiyyat prosesi artıq yekunlaşıb.

 

Bu barədə Pravda.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən məlumat verilib.

 

Bildirilib ki, 40 000-dən artıq namizəd müvafiq sistemdən qeydiyyatdan keçib.

Məlumatlar emal edildikdən sonra müraciət təsdiqlənərsə, namizəd ödəniş mərhələsinə yönləndiriləcək.

İyul ayının əvvəlində müsabiqənin test imtahanı mərhələsinin keçirilməsi planlaşdırılır.

 

Qeyd olunub ki, MİQ müsabiqəsi bu ildən etibarən ödənişli əsaslarla keçirilir və iştirak rüsumu 60 manat olaraq təyin edilib. Qanunvericiliyə əsasən, aşağıdakı kateqoriyaya aid olan namizədlərdən 60 manat rüsum tələb olunmur :

* Müsabiqədə ilk dəfə iştirak edən namizədlər;

* Şəhid ailəsinin üzvləri;

* Müharibə veteranı adı almış şəxslər;

* Əlilliyi olan şəxslər;

* Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri.

Namizədin ödənişdən azad olunan kateqoriyaya aid olub-olmaması aidiyyəti dövlət informasiya sistemləri üzərindən avtomatik yoxlanılacaq.

Tarix: 13 İyun 2026, 10:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin