BURADA REKLAMINIZ OLA
BİLƏR

Müəllimlərin işə qəbul müsabiqəsində iştirak haqqı bu ildən 60 manatdır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən MİQ müsabiqəsi bu ildən etibarən ödənişli əsaslarla keçirilir və iştirak rüsumu 60 manat olaraq təyin edilib.

 

Pravda.az xəbər verir ki, bu məlumatı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi verib.

Vurğulanıb ki, qanunvericiliyə əsasən, aşağıdakı kateqoriyaya aid olan namizədlərdən 60 manat rüsum tələb olunmur :

 

* Müsabiqədə ilk dəfə iştirak edən namizədlər;

* Şəhid ailəsinin üzvləri;

* Müharibə veteranı adı almış şəxslər;

* Əlilliyi olan şəxslər;

* Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri.

Namizədin ödənişdən azad olunan kateqoriyaya aid olub-olmaması aidiyyəti dövlət informasiya sistemləri üzərindən avtomatik yoxlanılacaq.

 

Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsinin qeydiyyat prosesi artıq yekunlaşıb. Yekunda 40000-dən artıq namizəd müvafiq sistemdən qeydiyyatdan keçib. İyul ayının əvvəlində müsabiqənin test imtahanı mərhələsinin keçirilməsi planlaşdırılır.

Tarix: 13 İyun 2026, 12:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin