Milli Məclisin 12 iyunda keçirilən plenar iclasında deputat Kamal Cəfərovun səsləndirdiyi “sosial şəbəkələrdə tibb, hüquq, maliyyə və ya təhsil sahəsində çıxış edənlərin rəsmi diplomu və ya lisenziyası olmalıdır” fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Deputat bildirib ki, lisenziyası olmayan blogerlər sosial şəbəkələrdə cəmiyyəti çaşdıran kütləvi hüquqi və ya psixoloji məsləhətlər verirlər, gənc ailələri manipulyasiya edərək onları boşanmağa inandırırlar.
Belə bir təşəbbüs olarsa bunun icra mexanizminin necə həyata keçiriləcəyi isə maraq doğurur.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin xanım deputatı Elnarə Akimova bildirib ki, bu təklifin arxasında duran narahatlığı anlamaq mümkündür.
E. Akimovanın sözlərinə görə, son illər sosial şəbəkələrdə özünü hüquqşünas, psixoloq, maliyyə məsləhətçisi və ya həkim kimi təqdim edən, lakin həmin sahə üzrə nə diplomu, nə də peşə fəaliyyətini təsdiq edən sənədi olmayan şəxslərin sayı ciddi şəkildə artıb: “Onların verdiyi yanlış məsləhətlər isə bəzən insanların sağlamlığına, ailəsinə, əmlakına və hətta taleyinə birbaşa təsir göstərir. Lakin məsələyə yalnız qadağalar prizmasından yanaşmaq da düzgün olmazdı. Çünki burada həm vətəndaşların təhlükəsizliyi, həm də ifadə azadlığı arasında həssas balans qorunmalıdır. Ümumiyyətlə, sosial şəbəkədə hər hansı mövzu haqqında fikir bildirməyi qadağan etmək hüquqi baxımdan çətin görünür. İnsan öz şəxsi təcrübəsini bölüşə, hər hansı hüquqi və ya tibbi mövzuda müzakirə apara bilər. Amma məsələ peşəkar məsləhət verməyə gəldikdə vəziyyət dəyişir”.
Deputat qeyd edib ki, əslində bir çox ölkələrdə yanaşma belədir ki, vətəndaş fikir bildirə bilər, lakin özünü mütəxəssis kimi təqdim edib peşə fəaliyyəti göstərə bilməz: “Məsələn, ABŞ, Böyük Britaniya və Avropa İttifaqının bir sıra ölkələrində özünü lisenziyalı həkim, vəkil və ya psixoloq kimi təqdim etməyin, xüsusilə də ödənişli məsləhət xidmətləri göstərməyin hüquqi məsuliyyəti var. Bəzi hallarda bu, inzibati cərimələrə, fəaliyyətin dayandırılmasına, hətta dələduzluq və qanunsuz peşə fəaliyyəti kimi cinayət məsuliyyətinə qədər gedib çıxır. Məncə, əsas məsələ bütün blogerləri diplom təqdim etməyə məcbur etmək deyil, peşəkar məsləhət verən şəxslərin şəffaflığını təmin etməkdir. İcra mexanizmi də məhz burada qurula bilər. Məsələn, tibb, hüquq, maliyyə və psixologiya kimi yüksək riskli sahələrdə çıxış edən şəxslər sosial platformalarda statuslarını açıq göstərməli, peşə kvalifikasiyaları təsdiqlənməli və auditoriyaya onların həqiqətən mütəxəssis olub-olmadığı aydın görünməlidir. Bu, həm insanları qoruyar, həm də həqiqi mütəxəssislərlə təsadüfi şəxsləri fərqləndirməyə imkan verər. Azərbaycan qanunvericiliyində də istehlakçıların aldadılması, yalan məlumat yayılması, qanunsuz sahibkarlıq fəaliyyəti və ayrı-ayrı peşə sahələrində lisenziya tələblərinin pozulmasına görə müxtəlif məsuliyyət tədbirləri nəzərdə tutulub. Problemin kökündə isə çox vaxt qanunun olmaması deyil, mövcud normaların rəqəmsal mühitdə tətbiqinin çətinliyi dayanır”.
E.Akimovanın sözlərinə görə, xüsusilə ailə münasibətləri, psixoloji dəstək və hüquqi məsləhətlər sahəsində sosial şəbəkələrdə manipulyativ kontentin artması ciddi ictimai narahatlıq doğurur: “Bir neçə dəqiqəlik videolarla insanların boşanmağa, mübahisəli hüquqi addımlar atmağa və ya tibbi müalicədən imtina etməyə təşviq olunması cəmiyyət üçün risk yaradır. Bu baxımdan dövlətin və peşə birliklərinin müəyyən nəzarət mexanizmləri yaratmaq istəyi başadüşüləndir. Ancaq hesab edirəm ki, ən düzgün yol ümumi qadağalar deyil, məsuliyyət və şəffaflıq mexanizmlərinin gücləndirilməsidir. Çünki sosial şəbəkələr dövründə milyonlarla istifadəçini tam nəzarətdə saxlamaq praktik olaraq mümkün deyil. Əsas məqsəd insanların kimə etibar etdiyini bilməsini təmin etmək, özünü mütəxəssis kimi təqdim edən şəxslərin isə bunun hüquqi məsuliyyətini daşımasını təmin etməkdir. Belə olduqda həm vətəndaşların hüquqları qorunar, həm də ifadə azadlığına həddindən artıq müdaxilə edilməz”.
Şəhanə Qədirli
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
Ən son xəbərləri səhifəmizdən də izləyin