BURADA REKLAMINIZ OLA
BİLƏR

Polşada azərbaycanlı sürücüyə hücum olub - FOTO

Polşada azərbaycanlı sürücü zorakılığa məruz qalıb.

 

Pravda.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə həmin ölkədə yaşayan soydaşlarımız məlumat verib.

 

Məlumata əsasən, hadisə paytaxt Varşavada qeydə alınıb. Polşa vətəndaşı olan şəxs azərbaycanlı sürücünün avtomobilinə hücum edərək, xeyli zərər vurub.

 

Bildirilib ki, həmin şəxs səbəb kimi dayanma-durma qaydalarının pozulmasını bəhanə edib:

 

"Bu zaman azərbaycanlının avtomobilində olan qadın sərnişin cinayətkara etiraz edərək, onun görüntülərini çəkib. Lakin qadının hərəkəti polşalını daha da hiddətləndirib və o, sürücüyə hücum edərək, xəsarət yetirməyə başlayıb".

 

Qeyd olunub ki, zərərçəkən həmyerlimiz hadisə ilə bağlı polisə müraciət edib.

Fotoları təqdim edirik
Tarix: 13 İyun 2026, 13:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin