BURADA REKLAMINIZ OLA
BİLƏR

Özəl reabilitasiya mərkəzində ÖLÜM HADİSƏSİ

Abşeron rayonunda özəl reabilitasiya mərkəzinə yerləşdirilən şəxs müəmmalı şəraitdə ölüb.


Pravda.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə iyunun 12-si saat 9 radələrində Goradil qəsəbəsi ərazisində yerləşən "Reself Lite" reabilitasiya mərkəzində baş verib.


Belə ki, orada müalicə alan Zaqatala rayon sakini, 1985-ci il təvəllüdlü Ə.Ramazanov naməlum səbəbdən ölüb. Onun bir müddətdir qeyd edilən mərkəzdə müalicə aldığı bildirilib.


Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Tarix: 13 İyun 2026, 18:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin