BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bu görüşlər ilk növbədə sülh gündəliyinin öz məntiqi sonluğuna çatmasına hesablanıb” - RƏY

“ErmənistanınDilican şəhərində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilən görüşün iki dövlət arasında etimad mühitinin formalaşdırılması istiqamətində xüsusi əhəmiyyəti var. Hazırda hər iki dövlətin rəsmi şəxsləri səviyyəsində, eyni zamanda vətəndaş cəmiyyətinin institutları təmsilçiləri səviyyəsində və delimitasiya və demarkasiya üzrə məlum  ikitərəfli komissiya üzvləri arasında görüşlərin keçirildiyinin fərqindəyik. Bu görüşlər ilk növbədə sülh gündəliyinin öz məntiqi sonluğuna çatmasına hesablanıb, sülh müqaviləsinin imzalanması niyyətini özündə ehtiva edir. Şübhəsiz ki, Hikmət Hacıyev və Qriqoryan arasında aparılan danışıqlar birbaşa sülh gündəliyi və onun reallaşması mexanizmləri ətrafında olub”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Elman Nəsirov: “Azərbaycanda xalq-hakimiyyət birliyi olduğuna görə Nepal və  digər ölkələrdəki proseslər burada baş vermir” Pravda.az

Deputatın sözlərinə görə, xüsusilə Vaşinqton razılaşmasından irəli gələrək sülh prosesinin daha da dərinləşdirilməsi və bu istiqamətdə praktiki addımların atılması əsas hədəflərdən biridir: “Nəzərə alsaq ki, delimitasiya və demarkasiya istiqamətində də irəliləyişin əldə edilməsi bu danışıqların əsas mövzularından biri olub. Əldə edilmiş razılaşmaya görə növbəti görüş Azərbaycanda keçiriləcək. Bu da şübhəsiz ki, nəticə etibarilə haqqında bəhs olunan iki dövlət və xalq arasında etimad mühitinin formalaşması mənafeyinə xidmət göstərir. Təbii ki, belə təmaslar nəticəsində iki dövlətin sülh prosesində daha ciddi nailiyyətlərin əldə etməsi üçün unikal şanslar yaranır və Azərbaycan tərəfi sülh layihəsinin müəllifidir. Ermənistanda keçirilən seçkilər və onun nəticələri fonunda əsas hədəflərdən biri Ermənistanın yeni konstitusiyasının qəbulu məsələsidir və bununla bağlı referendumun keçirilməsidir. Hesab edirik ki, belə təmaslar, danışıqlar, müzakirələr nəticə etibarilə yeni konstitusiyanın qəbulu imkanlarını da sülh gündəliyinin əsas məsələlərinin biri olaraq qəbulu məsələlərini də kifayət qədər aktuallaşdırır. Son günlər Paşinyan hökumətinin kriminal oliqarxlara qarşı apardığı mübarizə, xüsusilə də seçkilərdə heç bir mandata nail olmayan Saakyana qarşı cinayət işinin açılması, eyni zamanda Ermənistanın keçmiş prezidenti, hərbi cani Köçəryanın hava limanında saxlanılması - bütün bunlar onu göstərir ki, Ermənistanın baş naziri Nikol Paşinyan sülh prosesinin öz məntiqi sonluğuna çatmasında israrlıdır, maraqlıdır. Həmçinin sülh prosesinə maneə olan revanşist qüvvələrin, cinayətkar fəaliyyətinin araşdırılması və hüquqi müstəvidə cəzalandırılması istiqamətində də ardıcıl və sistemli  addımlar atır. Bütün bunlar belə bir qənaətə gəlməyə əsas verir ki, sülhün imzalanması labüd prosesdir”.

 

Xatırlatma: İyunun 14-də Dilicanda Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib. Görüşdə sülh gündəliyi və iki ölkə arasında münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunub. Bu barədə həm Azərbaycan, həm də beynəlxalq media məlumat yayıb.

 

Şəhanə Qədirli

Tarix: 16 İyun 2026, 08:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin