BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Mehdiyevin ailəsindən ŞOK ADDIM

Bank BTB” ASC (VÖEN – 1302164881) adını və təşkilati-hüquqi formasını dəyişərək “T-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrildiyini elan edib. Pravda.az yeniavaz.com-a istinadən xəbər verir ki, “Bank BTB” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi barədə məlumat bir-neçə ay əvvəl yayılıb.

 

Mərkəzi Bankın İdarə Heyətinin 5 mart 2026-cı il tarixli Qərarı ilə bankın BOKT-a çevrilməsinə razılıq verilib.

 

Məlumat üçün bildirək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsus olub.

 

“Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyeva Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, dövlət çevrilişinə cəhddə ittiham olunan Ramiz Mehdiyevin gəlinidir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.

Tarix: 16 İyun 2026, 09:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin