Qırx dörd günlük Vətən müharibəsi informasiya məkanında da yeni reallıq yaratdı. Müharibə göstərdi ki, müasir dövrdə dövlətlərin təhlükəsizliyi həm də informasiya sərhədlərinin müdafiəsi ilə ölçülür.
Yeni layihə dövlətin milli informasiya məkanını hibrid hücumlardan qorumaq ideyasından qaynaqlanır, qalib informasiya siyasətinin yürüdülməsi, regional və beynəlxalq məkanda yaranan çağırışlara uyğun media strukturlarının gücləndirilməsi, institusional mexanizmlərin təkmilləşdirilməsi istəklərindən irəli gəlir.
Pravda.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu İnsan hüquqları komitəsinin sədri Zahid Oruc rəhbərlik etdiyi komitənin iyunun 16-da keçirilən iclasında “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edərkən deyib.
O bildirib ki, layihəyə görə, "Media haqqında" qanuna dəyişiklik nəzərdə tutulur. Təkliflərin əsas mahiyyəti ondan ibarətdir ki, mövcud Audiovizual Şuranın və Medianın İnkişafı Agentliyinin strukturları əsasında, kollegial idarəetmə sisteminə malik vahid bir qurum - Media və Yayım Şurası yaradılır. Nəticədə, "Media haqqında" Qanunun 43-cü maddəsinə əsasən, Azərbaycanda media və yayım sahəsində səlahiyyətli dövlət orqanı Şura olacaq. Qurumun səlahiyyətləri əhəmiyyətli dərəcədə genişləndirilir: o, tənzimləmə funksiyası olan lisenziyalaşdırma, Media reyestrinin aparılması və qanunvericiliyə nəzarətlə bərabər, həm də inkişaf, dəstək, ictimai rəyin öyrənilməsi və strateji informasiya siyasəti funksiyalarını vahid mərkəzdə birləşdirir.
“Konkret olaraq, Şuraya verilən yeni səlahiyyətlər belədir: media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlərin görülməsi, dövlət orqanları ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması üçün təlimlər və seminarların təşkil edilməsi, cəmiyyətdə baş verən hadisələrin və dövlət siyasətinin mediada ədalətli, balanslı, obyektiv işıqlandırılmasına yönəlmiş layihələrin həyata keçirilməsi, dezinformasiyanın yayılmasının qarşısının alınması, aşkarlanması və qiymətləndirilməsi istiqamətində tədbirlərin görülməsi, dövlət orqanları ilə birgə operativ əlaqələndirmə mexanizmlərinin qurulması; informasiya mühitinin təhlili və sosioloji sorğular əsasında ictimai rəyin öyrənilməsi”, - deyə komitə sədri qeyd edib.
Zahid Oruc, həmçinin diqqətə çatdırıb ki, yeni model dövlət siyasətinin hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi mexanizmlərini eyni institusional quruma həvalə edir. Beləliklə, media sahəsində qərarların qəbulu, onların icrası və nəticələrinin təhlili arasında vaxt itkisi və idarəetmə boşluqları minimuma endirilir. İnformasiya müharibələrinin sürətləndiyi dövrdə dövlətin çevik reaksiya imkanları əhəmiyyətli dərəcədə artır.
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
Ən son xəbərləri səhifəmizdən də izləyin