BURADA REKLAMINIZ OLA
BİLƏR

Media və Yayım Şurası Azərbaycanda media sahəsində yeni bir mərhələnin başlanğıcını göstərir - RƏY

“Media sahəsində təklif olunan yeniliklər media islahatları prosesinin yeni mərhələsi kimi təqdir oluna bilər. Həm də bu, indiyə qədər mövcud olmuş və media işi ilə məşğul olan iki qurumun birləşdirilməsi kimi sadə başa düşülməməlidir. Bu birləşmənin arxasında həm də gedən proseslərə daha da real islahat məzmunu vermək üçün nəzərdə tutulmuş dəyişiklərdən söhbət gedir. Media sahəsində proseslərə vahid dövlət orqanın, Media və Yayım Şurasının rəhbərlik edəcəyi Azərbaycanda media sahəsində yeni bir mərhələnin başlanğıcını göstərir. İctimai, dövlət maraqları, media orqanlarının mənafeləri, jurnalist peşəkarlığından ibarət olan qütblər arasındakı daha səmərəli balans mexanizminin yaradılmasından söhbət gedir. Bu dəyişikliklərdə elə bir proses nəzərdə tutulur ki, həm dövlətin, həm də ictimaiyyətin, media orqanlarının mənafeyi, təkmilləşdirilməsi, eyni zamanda jurnalistlərin peşə marağının bir arada tutulması kimi mexanizm yaradılması əsas hədəf olaraq müəyyənləşdirilir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev deyib.

Aydın Quliyev: “Mətbuat Şurasının İdarə Heyətində hansısa keçmiş, ya indiki  məmura yaxın şəxs ola bilər, bu, anormal deyil” Pravda.az

A.Quliyev bildirib ki, nəzərdə tutulan dəyişikliklərin təxmini çərvivəsi artıq məlumdur: “Yeni media orqanının hüquq və səlahiyyətləri genişləndirilir. Bəzi hallarda daha da konkretləşdirilir. Bu dəyişiklik medianın iqtisadi müstəqilliyinin, jurnalistlərin peşəkarlığının artırılmasından tutmuş, dezinformasiyalarla mübarizənin daha da təkmilləşdirilməsinə qədər geniş bir diapazonu əhatə edəcək. Xüsusilə, dezinformasiyalarla mübarizə mexanizmlərinin təkmilləşdirilməsi olduqca vacibdir. Mediaya rəhbərlik edəcək yeni orqanın yaradılması Azərbaycanda media islahatlarının yeni mərhələsi kimi nəzərdə tutulmalıdır. Bu, fikrimcə, media orqanlarının inkişafı, media təcrübəsinin daha da təkmilləşdirilməsi yönündə əhəmiyyətli addım olacaq. Media islahatlarının davamı Vətən müharibəsindən sonra başladılmış media islahatlarının tərkib hissəsi kimi nəzərdən keçirilməlidir”.

 

Aytəkin Qardaşova

Tarix: 16 İyun 2026, 13:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin