BURADA REKLAMINIZ OLA
BİLƏR

Dollar ucuzlaşır? - AÇIQLAMA

ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra dolların ucuzlaşacağı ilə bağlı bir sıra fikirlər səsləndirilir.

 

Əgər belə hal baş verərsə, dolların ucuzlaşması manata necə təsir göstərəcək?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Eyyub Kərimli bildirib ki, əldə edilən bu razılaşmadan sonra dolların ciddi ucuzlaşacağını zənn etmir.

Tanınmış ekspertə yeni vəzifə VERİLDİ | Modern.az

İqtisadçının sözlərinə görə, hazırkı vəziyyət üçün bu real deyil: “Hələ ki, qeyri-müəyyənliklər davam edir. Neftin qiyməti də müəyyən səviyyədə formalaşıb, 100 dolların üzərini keçməyib. Bu da dolların ucuzlaşacağına heç bir əsas vermir. Dolların ucuzlaşması məsələsi aktual deyil. Bu baxımdan ölkə manatının məzənnəsinin dəyişməsi də real görünmür”.

 

Şəhanə Qədirli

Tarix: 16 İyun 2026, 13:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin