BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Məmmədov: “İşsizlik məsələsində yalnız dövləti günahlandırmaq yanlışdır”

Milli Məclisin deputatı Ceyhun Məmmədovun social şəbəkələrdə gənclərə tövsiyələri bir çoxları tərəfindən xoş qarşılansa da, bəzi izləyicilər gənclərin iş tapmaqda çətinlik çəkdiklərini və əsas problemin bu olduğunu bildiriblər.

 

Yazılan tənqidi fikirlərlə bağlı Pravda.az-a açıqlama verən C.Məmmədov bildirib ki, verdiyi tövsiyələr daha çox oxumaqla, biliklə, mənəviyyatla, milli mənəvi dəyərlərlə bağlı olub.

 

Deputat qeyd edib ki, əsas istiqamət gənclərin düzgün formada dürüst tərbiyəsindən gedir: “Həftədə bir dəfə gənclərə müxtəlif tövsiyələr verirəm. Gənclərin işlə bağlı məsələsinə gəldikdə isə düşünürəm ki, burada bir neçə faktorun üzərində durmalıyıq. Hesab edirəm ki, bu məsələdə yalnız dövləti günahlandırmaq yanlışdır. Bu gün bazarda bir çox sahələr üzrə işlər var. Misal üçün, ümumi prosesə baxanda İT sahəsində işçilərə, peşə sahiblərinə böyük tələbat var. Təbii ki, bu tənzimləmədə dövlət iştirak etməlidir. Dövlətin üzərinə düşən vəzifələr var, amma gənclər özləri də ixtisas seçimini çalışıb düzgün etməlidirlər. Yəni ümumilikdə demək olar ki, hər bir qurumda öz peşəsini dərindən bilən mütəxəssisə ehtiyac var. Bu gün dövlət qurumları da, özəl sahələr də yaxşı mütəxəssislər axtarırlar. Demək olar ki, yaxşı mütəxəssis tapmaq üçün axtarışdadırlar. Gənclərin də üzərinə məsuliyyət, vəzifə düşür. Onlar da çalışmalıdırlar ki, seçimi düzgün etsinlər”.

 

Şəhanə Qədirli

Tarix: 16 İyun 2026, 13:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin