BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubada güclü yağış: İstirahət mərkəzi su altında qaldı - VİDEO

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Quba rayonunda da ciddi fəsadlara səbəb olub.

 

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

 

Belə ki, intensiv yağışlar Çənlibel gölünün məcrasından çıxmasına səbəb olub. Nəticədə Nügədi kəndi ərazisində bir sıra əraziləri su basıb.

 

Daşqın nəticəsində gölün sahilində yerləşən istirahət mərkəzinə məxsus bir neçə tikili və ətraf ərazi su altında qalıb.

 

Ərazidə yaranmış vəziyyətin aradan qaldırılması və fəsadların minimuma endirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

 

 

Tarix: 16 İyun 2026, 14:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin